• HADİSƏ

    10:27 8 avqust 2019

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 8-dən 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

ONA-nın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR