• HADİSƏ

    11:44 28 mart 2019

Komissiya “Diqlas” Ticarət Mərkəzinin sahiblərinə kompensasiya ödənilməsinə baxmayacaq

Azərbaycan Prezidentinin tapşırığı ilə “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılacaq Qiymətləndirmə Komissiyasının tərkibinə yanğında malları yanmış sahibkarların da bir neçəsi daxil ediləcək.

Bu barədə ONA-ya Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev məlumat verib.

Yanğından ümumilikdə 400-dən artıq sahibkar ziyan çəkib və onların arasında seçmə üsulu ilə bir neçə sahibkar ictimai əsaslarla fəaliyyət göstərəcək Qiymətləndirmə Komissiyasında təmsil olunacaq.

Qiymətləndirmə Komissiyası sahibkarlara dəyən ümumi zərəri müəyyənləşdirəcək, daha sonra müvafiq sərəncam əsasında vəsait ayrılacaq. Kompensasiya sahibkarların bank hesablarına köçürüləcək.

İ. Mehdiyev bildirib ki, ticarət mərkəzinin sahiblərinə hazırkı mərhələdə kompensasiya ödənilməsi nəzərdə tutulmur. İlkin mərhələdə əsas məqsəd ticarət mərkəzində malları yanmış sahibkarlara kompensasiyanın ödənilməsidir. İstintaqın gedişindən asılı olaraq ticarət mərkəzinin sahibləri ilə bağlı müvafiq qərar veriləcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR