• HADİSƏ

    00:39 29 iyun 2019

Konqoda mədən çökdü, 43 fəhlə dağıntılar altda qaldı


Konqo Demokratik Respublikasının (DRC) cənubunda yerləşən Lualaba əyalətində faciə baş verib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, qadağan olunmuş mədənin çökməsi nəticəsində 43 fəhlə dağıntılar altda qalaraq ölüb.

Hazırda vəfat edənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, mədəndə qeyri-qanuni fəaliyyətlə məşğul olan “Kamoto Copper Company” (KCC) şirkəti Lualaba əyalətində mis və kobalt hasilatı ilə məşğul olur.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR