• HADİSƏ

    04:32 18 mart 2019

Konqoda qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb

Konqo Demokratik Respublikasının Kasai əyalətində bir yük qatarının relsdən çıxması nəticəsində azı 24 nəfər ölüb, daha 31 nəfər isə xəsarət alıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi yerli polis və xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, qatardakı sərnişinlərin əksər hissəsi qeyri-qanuni olaraq yola çıxanlardır. Ölənlərin arasında çox sayda azyaşlıların olduğu da deyilir. Agentliyin məlumatına görə, qəzadan sonra bir neçə vaqon aşaraq körpüdən çaya düşüb.

Hazırda ərazidə xilasetmə işləri aparılır. Ölənlərin sayının artacağı istisna edilmir.

Qəzanın səbəbləri hələlik bilinmir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR