• HADİSƏ

    15:15 22 fevral 2019

Bakıda bir nəfər özünü körpüdən atmaq istəyib

Bakıda intihara cəhd olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR