• HADİSƏ

    23:53 11 sentyabr 2020

Kürdəmir sakini şişlə özünü yaralayıb

Kürdəmir sakini küt alətlə özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saat 21:40 radələrində rayonun Sığırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Elman oğlu Əsədli özünə şiş və şüşə parçası ilə ağır xəsarət yetirib. Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V.Əsədli təcili olaraq əməliyyata götürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.

Zahid

Teqlər:

SON XƏBƏRLƏR