• HADİSƏ

    15:48 6 noyabr 2022

Kürdəmirdə 17 yaşlı qadın doğuş zamanı ölüb

Kürdəmirdə yeniyetmə doğuş zamanı vəfat edib.

APA xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.

APA-nın əldə etdiyi məlumata görə, Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR