• HADİSƏ

    22:36 12 aprel 2019

Kürdəmirdə 52 yaşlı kişini avtomobil vurub - FOTO

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, qəza zamanı Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Sultanov Anar Sultan oğlunun idarə etdiyi "Mitsubishi" markalı minik maşını Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Əsgərov Namiq Oqtay oğlunu vurub.

Nəticədə piyada ciddi xəsarətlər alıb. O, Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR