• HADİSƏ

    17:01 3 iyun 2019

Kürdəmirdə baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Garis Əyribənd kəndində qeydə alınıb. Rayon sakini 48 yaşlı Sahib Bahadur oğlu Mirzəyev idarə etdiyi minik maşını ilə velosipedçi Ramil Mirələm oğlu Nadirovu vurub. Nəticədə R.Nadirov aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Avtomobilin sürücüsü və sərnişinləri - 44 yaşlı Eldəniz Ağalar oğlu Ağalarov və 14 yaşlı Fatimə Sahib qızı Mirzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Zahid

Teqlər:

SON XƏBƏRLƏR