• HADİSƏ

    12:25 21 aprel 2019

Kürdəmirdə evdə partlayış baş verib, bir ailənin 5 üzvü yanıq xəsarətləri alıb - FOTO

Kürdəmirdə evdə partlayış baş verib, bir ailənin beş üzvü yanıq xəsarətləri alıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu səhər saat 6:00 radələrində rayonun “Cənub məhəlləsi” adlanan ərazisində baş verib.

Belə ki, 31 yaşlı Əsədov Anar Bünyad oğlu səhər oyanıb televizoru yandırarkən partlayış baş verib. Nəticədə 31 yaşlı Anar Əsədov, 34 yaşlı Qəndab Hüseynova, 8 yaşlı İlahə Əsədova, 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyad Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağır olduğundan onları Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR