• HADİSƏ

    07:33 24 noyabr 2019

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Atakişilər kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Mehman Surxay oğlu Əhmədovun idarə etdiyi “QAZ 2410” markalı minik maşınını

qarşıda hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınının sürücüsü M.Əhmədov və sərnişini Vüqar Arif oğlu İbadov aldıqları çoxsaylı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Zahid

Teqlər:

SON XƏBƏRLƏR