Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən 206-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayonunun Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Qısmət oğlu Sadıqovun idarə etdiyi “QAZ 3110” markalı minik maşını ilə Fərid Marif oğlu Cəfərovun idarə etdiyi “Ford-Tranzit” markalı mikroavtobus toqquşub. Zərbənun gücündən “FORD” yoldan çıxaraq aşıb.
Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və “FORD”da olan sərnişin, 1979-ci il təvəllüdlü Gəncə sakini Cavadzadə Mikayıl Fəxrəddin oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.