• HADİSƏ

    03:22 18 noyabr 2020

Kürdəmirdə yolu keçmək istəyən piyadanı maşın vurub

Kürdəmirdə piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə Şəhər sakini, 1990-cı il təvəllüdlü Mahir Mehman oğlu Alıyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Tural Aqil oğlu Rəsulovu vurub.

Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR