• HADİSƏ

    04:48 6 aprel 2019

Lənkəran çimərliyində tank əleyhinə mina tapılıb

Lənkəran şəhərinin dəniz sahilində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mina aşkarlanıb.

ONA Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dəniz sahilində təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Tank əleyhinə minanın ətrafında 1,500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR