Lənkəran sakini 7 növ fərqli meyvəni bir ağacda yetişdirib.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Hirkan qəsəbəsində yaşayan Arif Kərimov ağacları bir-birinə calaq etməklə buna nail olub. O, 40 ildir bağçılıq təsərrüfatı ilə məşğuldur və əkdiyi meyvə ağacları 1 ilə bar verir. Bir çoxlarından fərqli olaraq təsərrüfatçı təkcə cır limonla kifayətlənmir, Panderoza kimi iri meyvələri olan müxtəlif sitrus ağaclarını calaq edir. Uğurlu nəticə üçün ağac calamağın düzgün zamanını, üsulunu və incəliklərini bilmək lazım olduğunu deyən bağban calağın göz, yarma, keçirtmə, qabıq kimi növlərindən istifadə edir.
Təsərrüfatçı dekorativ ağacların da calağı ilə məşğul olur. O, budaqları yalnız yerli ağaclardan seçmir, Türkiyədən, İrandan gətirdiyi növlərdən də istifadə edir. Bəzi dekorativ ağacları isə öz budağına calaq edərək bonsay və spiral formalarını ala bilir.
Tural Kərimov