İrandan Azərbaycana narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub.
ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə Astara gömrük-sərhəd keçid məntəqəsində baş verib. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Bağırov Qabil İsmayıl oğlunun halı qəfildən pisləşib və dünyasını dəyişib.
İlkin məlumata görə, onun daxili orqanında gizlətdiyi narkotik vasitə zəhərlənməyə səbəb olub. Q.Bağırovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə verilib.
Faktla bağlı araşdırma aparılır.