Lənkəran sakinindən 4 kiloqramdan çox tiryək aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.