Lənkəran rayon sakinindən sənədsiz ov tüfəngi aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Nüvədi kənd sakini Ə.Cavadovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.