Lənkəran şəhərində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.