• HADİSƏ

    12:33 6 aprel 2019

Lənkəranda 1 ay əvvəl öldürülən oğlanın meyiti tapılıb

Lənkəranda rayon Polis Şöbəsinin əməkdaşları keçən ay törədilən qətlin üstünü açıblar.

ONA-nın cənub bürosundan verilən məlumata görə, meyit rayonun Digah kəndində tapılıb.

Qətldə şübhəli bilinən Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər Quliyev saxlanılıb. Məlum olub ki, o, həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Bağırovu şəxsi münaqişə zəminində belindəki kəmərlə boğaraq öldürüb və meyidi kənddə yarımçıq tikilidə gizlədib.

Meyit aşkarlandığı yerdən götürülərək müayinə edilməsi üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Müayinədən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, hazırda araşdırma aparılır.

Tural Kərimov

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR