Lənkəran rayonunda ntihara cəhd hadisəsi qeydə alınıb.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində baş verib.
Belə ki, rayonun Tütəpeştə kənd sakini, 2003-cü il təvəllüdlü N.Ə iş yerində 10-dan çox həb içib. O, dərhal təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.