• HADİSƏ

    10:16 21 fevral 2019

Lənkəranda 2 uşaq anası özünü asıb

Lənkəranda intihar hadisəsi baş verib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Heyran Ağakişi qızı Teymurova yaşadığı evin həyətindəki təndirxanada özünü asıb. H. Teymurovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, H. Teymurova 2 uşaq anası olub.

Tural Kərimov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR