Lənkəranda 23 yaşlı gənc traktordan düşərək yaralanıb.
ONA-nın Cənub bürosundan verilən məlumata görə, ehtiyatsızlıq ucbatından traktorun ban hissəsindən düşən şəxs rayonun Bala Şürük kənd sakini, 1996-cı il təvəllüdlü Maarif Xanağa oğlu İmanovdur.
M. İmanov traktorun sürücüsü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. M.İmanovun vəziyyəti orta-ağır qiymətləndirilir