• HADİSƏ

    00:46 14 iyun 2019

Lənkəranda 29 yaşlı qadın itkin düşüb - FOTO

Lənkəranda 3 uşaq anası itkin düşüb.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Şilim kənd sakini, 1990-cı il təvəllüdlü Aygül Lamid qızı Əliyevanın itkin düşmsəi barədə ailə üzvləri məlumat verib.

O, iyun ayının 10-da günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, onun ailəsində son günlər hər hansı münaqişə yaşanmayıb.

Şəkildəki qadını görənlərdən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə və ya 050-447-76-13 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, A.Əliyeva ailəlidir və 3 uşaq anasıdır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR