• HADİSƏ

    13:00 16 aprel 2019

Lənkəranda 3 motosiklet toqquşub, 4 nəfər xəsarət alıb - FOTO

Lənkəranda 3 motosiklet toqquşub, 4 nəfər xəsarət alıb.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində baş verib.

Masallı rayonunun Köçəkli kənd sakinlərinin ard-arda idarə etdikləri 3 yedəkli motosiklet bir-biri ilə toqquşub, sonra isə qarşıdan gələn Qumru Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Qəza zamanı motosikletlərin sürücüləri - 1994-cü il təvəllüdlü Fərəc Rəhimli, 1995-ci il təvəllüdlü Hüseyn Mirəzizov, 1995-ci il təvəllüdlü Cahangir Bəhlulov və 2002-ci il təvəllüdlü sərnişin Söhbət Orucov müxtəlif bədən xəsarətləri alıblar. Onlardan vəziyyəti daha ağır olan 2 nəfər dərhal polis əməkdaşlarının köməyi ilə, digərləri isə təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində ərazidən keçən qaz xətlərinə də ziyan dəyib.

İlkin məlumata görə, "Ford" markalı mikroavtobus qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR