Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhəri M.Əsədov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Nurlan Nurəli oğlu Qurbanov sol döş nahiyəsindən, sol qabırğanın alt hissəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
O, dərhal əməliyyata alınıb. Hadisənin detalları hələlik məlum deyil və şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.
Fakt bağlı araşdırma aparılır.