• HADİSƏ

    00:37 25 aprel 2019

Lənkəranda it 9 nəfəri dişləyib

Lənkəran rayonunda it 9 nəfəri dişləyib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.

Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.

Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra zərərçəkənlərin əksəriyyəti evə buraxılıb.

Sabah onlara quduzluq əleyhinə vaksin vurulacağı bildirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR