• HADİSƏ

    09:43 21 aprel 2019

Lənkəranda avtomobil qadını vurub, sürücü qaçıb

Lənkəranda avtomobil piyada qadını vurub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şəhidlər Xiyabanı küçəsində baş verib.

Naməlum avtomobil yolu keçmək istəyən piyada, "Raypo" kimi tanınan yaşayış massivində yaşayan 1962 -ci il təvəllüdlü Gəncəbanu Rzayevanı vurub.

Sürücü avtomobilə hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR