Lənkəranda baş verən qəza bir neçə kəndi işıqsız və qazsız qoyub - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 02:38 29 Sentyabr 2019

Lənkəranda baş verən qəza bir neçə kəndi işıqsız və qazsız qoyub - FOTO

 

 


Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şağlaser kəndində baş verib. 

Gecə saatlarında Murad Maqsud oğlu Bağırovun idarə etdiyi 42 BK 042 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən əvvəl yol kənarındakı qaz borusuna, sonra Zakir Nurullayevə məxsus hasara, daha sonra tövləyə dəyərək, sonda yol kənarındakı elektirik dirəyinə çırpılıb. 

Zərbənin təsirindən avtomobilin mühərriki yoldan 100 metr uzaqlıqda yerləşən suötürücü kanala düşüb. Deformasiyaya uğramış avtomobilin içərisindən ətrafdakı insanların köməyi ilə sürücü M.Bağırov və sərnişin Elçin Müslüm oğlu Məmmədov çıxarılıb. 

Xoşbəxtlikdən onların hər ikisi qəzadan xəsarətsiz çıxıblar. Baş verən hadisə nəticəsində isə Şağlaser, Cil və Xarxatan kəndləri işıqsız qalıb. 

Bundan başqa, “Azəriqaz” İstehsalat Birliyinin "Xarxatan" Qazpaylayıcı Stansiyasından qidalanan 5 kənddə (Şağlaser, Xarxatan, Separadi, Zövlə və Tükəvilə) qaz təchizatı tamamilə dayandırılıb. 
Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Teqlər:

OXŞAR XƏBƏRLƏR