Lənkəranda bədbəxt hadisə baş verib.
APA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Separadi kəndində yerləşən və illərdir istifadəsiz qalmış tikilidə qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev fabrikin ikinci mərtəbəsindən yıxılıb və nəticədə ağır dərəcəli bədən xəsarətləri alıb.
O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.