Lənkəran rayonunda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.
Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum - 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib. İlkin məlumata görə, cinayət odlu silahla törədilib.
Faktla bağlı araşdırma aparılır.