• HADİSƏ

    01:33 20 mart 2019

Lənkəranda ərlə arvad dəm qazından zəhərlənib

Lənkəranda ər və arvad dəm qazından zəhərlənib.

ONA-nın cənub bürosundan verilən məlumata görə, Nərimanabad qəsəbə sakinləri, 1987-ci il təvəllüdlü Əsgərov Amid Mirələm oğlu və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əsgərova Gülnar Tahir qızı dəm qazından zəhərlənib.

Onlar dərhal təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hər ikisinə ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş olduğundan evə buraxılıblar.

Tural Kərimov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR