Lənkəran şəhərində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da rayon ərazisindəki evlərin birindən 3800 manat, 1150 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş M.Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.