Lənkəranda ağır yol qəzası olub.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik yolunun Mollakənddən keçən ərazisində baş verib. “UAZ” markalı, 43-BA-721 dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2106” markalı, 10-GE-236 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 7 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlardan - 1957-ci il təvəllüdlü Müqəddəs Rzayev və onun həmkəndlisi, 1989-cu il təvəllüdlü Elçin Ağayev, 1992-ci il təvəllüdlü Hafiz Cabbarov və 1966-cı il təvəllüdlü Baləddin Rzayevin vəziyyətləri normal qiymətləndirilir. Digər yaralılar - 1988-ci il təvəllüdlü Rəşad Abışov, 1994-cü il təvəllüdlü Rəfi Məmmədov və 1996-cı il təvəllüdlü Sahilə Rzayeva isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.