• HADİSƏ

    10:37 12 aprel 2019

Lənkəranda iki yük maşını toqquşub, xəsarət alan var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Bürcəli kəndində “Zil” və “Kamaz” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Zil”in sürücüsü, rayonun Parakənd kənd sakini, 1979-cu il təvəllüdlü, Elxan Qasım oğlu Həsənov müxtəlif xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR