Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.
1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.