Lənkəranda yeniyetməni avtomobil vurub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.
2008-ci il təvəllüdlü Məhərrəməli Anar oğlu Dadaşovu avtomobil vurub. Yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən naməlum sürücü "QazEL" markalı yük avtomobili idarə edirmiş.
Faktla bağlı araşdırma aparılır.