• HADİSƏ

    09:54 3 may 2019

Lənkəranda qadın doğuşdan sonra ölüb - VİDEO

Lənkəranda ana doğuşdan sonra ölüb.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gecə rayonun Osaküçə kənd sakini, 1979-cu il təvəllüdlü Bəfanə Kərim qızı Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Əvvəlcədən ona körpəni dünyaya gətirmək məsləhət görülməsə də, qadın həkimlərin tövsiyəsini dinləməyib. Əməliyyatdan sonra qanaxma baş verib. Qadın növbəti dəfə əməliyyat olunandan sonra ölüb.

Körpənin vəziyyəti isə normal qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR