Lənkəranda 28 yaşlı gənc oğlanı avtomaşın vurub.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, avtoqəza rayonun Bürcəli kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Fariz Qubadov yolu keçmək istəyən zaman həmyaşıdı, Hirkan qəsəbə sakini Əziz Əzizovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub və qəfildən yola çıxıb.
Hazırda faktla bağlı araşdırma aparılır.