Lənkəranda su quyusundan kişi meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Günəhir kəndində, mərhumun yaşadığı evin həyətində baş verib.
1992-ci il təvəllüdlü Faiq Mirağa oğlu Fətullayevin meyiti su quyusundan tapılıb.
Faktla bağlı araşdırma aparılır.