• HADİSƏ

    09:52 29 may 2019

Lənkəranda sükan arxasında yuxulayan sürücü qəza törədib

Lənkəranda sükan arxasında yuxulayan sürücü qəza törədib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Astara rayon sakini Pərviz Hüseynov "VAZ 2106" markalı avtomobili ilə Səpnəkəran kəndində qəzaya uğrayıb. Evlərdən birinin hasarına çırpılan avtomobilin sürücüsü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü və sərnişin, Lənkəran rayonu Xanbulan kənd sakini, 1989-cu il təvəllüdlü Ayaz Babayev qapalı kəllə beyin travması diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər sərnişin isə ilkin müayinədən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR