• HADİSƏ

    21:44 2 iyun 2019

Lənkəranda yol qəzası zamanı sərnişin ölüb - FOTO

Lənkəranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Liman şəhərində "Mercedes" markalı mikroavtobusla "Renault" markalı minik avtomobili toqquşub.

Nəticədə yol kənarındakı hasara çırpılan mikroavtobusdakı sərnişin, Liman şəhər sakini 1983-cü il təvəllüdlü Vüqar Rzayev hadisə yerində vəfat edib. Həmin nəqliyyat vasitəsinin sürücüsü, 1984-cü il təvəllüdlü İxtiyar Şüşəxanov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sol diz sümüyünün açıq sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR