• HADİSƏ

    17:28 23 aprel 2019

Lənkəranın dağ kəndlərinə gedən yollarda uçqun olub - VİDEO

Lənkəranın üç dağ kəndinə gedən yollarda uçqunlar olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Hirkan-Daşdatük-Biləsər yolunda baş verən uçqunlara səbəb son günlər yağan leysan xarakterli yağışlar olub. Yolun Xanbulan, Daşdatük və Biləsər kəndlərindən keçən hissələrində problemlər daha çox müşahidə edilir. Belə ki, yolun asfalt qatı dağılıb və eni 1,5 metr, uzunluğu 10-15 metr olan yarğanlar yaranıb. Yolun su ötürücüləri keçən hissəsində də dağıntılar baş verib. Həmçinin yol yatağında çökmələrin olması yeni uçqunlara şərait yaradır. Artıq yolun bərpası üçün əraziyə xüsusi texnikalar gətirilib. Hava şəraiti stabilləşəndən sonra yolda təmir-bərpa işləri görüləcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR