Lənkəranda eyni kənddə son bir ay ərzində bir neçə oğurluq faktının baş verməsi kənd sakinlərini ciddi narahat edir.
ONA-nın cənub bürosundan verilən məlumata görə, sonuncu hadisə gecə saatlarında rayonun Şilim kəndində baş verib. Bəylər İsmayılova məxsus evin həyətindəki tövlədən 2 baş qoyun oğurlanıb. Artıq bu, bir ay ərzində ayrı-ayrı vaxtlarda zərərçəkmişin üzləşdiyi üçüncü oğurluq hadisəsidir. Ümumilikdə İsmayılovların tövləsindən 4 baş qoyun oğurlanıb.
Oğurluq hadisələri tez-tez baş verdiyindən hazırda kənd sakinləri təşviş içindədir.
Faktla bağlı isə Lənkəran Şəhər-Rayon Polis Şöbəsi araşdırmalara başlayıb.