Lerikdə 4 aydır ki, itkin düşən Tatoni kənd sakininin 1979-cu il təvəllüdlü Abil İsmayılov Rəvvaq oğlunun meyiti tapılıb.
ONA-nın verdiyi məlumata görə, onun cəsədi Mistan kəndi yaxınlığında aşkar edilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.