Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.
ONA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.
Ev sahibinin sözlərinə görə, ev rayona yağan güclü leysan yağdıqdan sonra uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq təhlükəsizlik baxımından mümkün deyil.
E. Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib.