• HADİSƏ

    10:43 19 aprel 2019

Leysan yağışlar Yevlaxda qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub - FOTOSESSİYA

Leysan yağışlar Yevlax rayonunun Yuxarı Bucaq kəndi ərazisində sahil boyu fərdi təsərrüfatlarda təhlükə mənbəyini fəallaşdırıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, leysan yağışlar Əlican çayı boyu yerləşən qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub.

Yuxarı Bucaq kəndinə təsadüf edən sahil boyu fərdi təsərrüfatlar yuyulma və sürüşmə təhlükəsi ilə üzləşib. Kənd sakini Atay Hacıyevin fərdi təsərrüfat sahəsi daha çox təhlükəyə məruz qalıb. Əvvəlki dönəmlərdə də fəal yağıntılar zamanı burada müşahidə olunan yuyulma və qopmalar dünəndən bəri bir qədər də fəallaşıb.

Yaranmış vəziyyətlə bağlı FHN-in yerli nümayəndəliyinə məlumat verilib, əraziyə baxış keçirilib. Bələdiyyə nümayəndəsi Lətif Həsənovun dediyinə görə, yaranmış problemin profilaktik yolla qarşısının alınması üçün digər aidiyyəti qurumlar da məlumatlandırılıb və bu istiqamətdə məqsədyönlü addımların atılması nəzərdə tutulur.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR