• HADİSƏ

    18:43 26 may 2019

Marneulidə küləyin qırdığı ağac avtomobilin üzərinə düşüb, azərbaycanlı sürücü xəsarət alıb - FOTO

Gürcüstanda azərbaycanlıların kompakt şəkildə yaşadığı Marneuli rayonuna güclü dolu və leysan yağıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, şiddətli küləklə müşayiət olunan təbii hadisə nəticəsində 10-a yaxın ağac kökündən qırılaraq Tiflis-Marneuli yolunun Goda kəndinə düşən hissəsində avtomobil yoluna aşıb.

Ağaclardan biri yolda hərəkətdə olan nəqliyyat vasitəsinin üzərinə düşüb. Nəticədə avtomobilə ciddi zərər dəyib. Azərbaycan əsilli olduğu bildirilən sürücünün isə yüngül bədən xəsarətləri aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım maşını, polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb edilib.

Yolun təmizlənməsi istiqamətində işlər aparılır.

Səid

Teqlər:

SON XƏBƏRLƏR