Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Yuxarı Ağalı kəndi ərazisində əvvəllər məhkum olunmuş, Masallı rayonunun Hişkədərə kənd sakini A.Bədəlov saxlanılıb.
Onun əlində olan idman çantasına keçirilən baxış zamanı 8 kiloqram 220 qram narkotik maddə olan tiryək, 130 qram narkotik maddə olan həşiş qətranı və 230 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
A.Bədəlov narkotik vasitəni qaçaq yolla Respublika ərazisinə keçirən İran İslam Respublikası vətəndaşı Vahid adlı şəxsdən əldə etdiyini bildirib.
Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.