• HADİSƏ

    13:20 12 mart 2019

Masallıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Masallıda ölümlə nəticələnən yol qzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 11-də saat 10 radələrində Masallı şəhəri ərazisində rayon sakini M.Sadıxov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan gələn həmyerlisi M.Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə M.Abdullayev və sərnişini Ş.Ağayeva xəstəxanaya yerləşdirilib.

Ş.Ağayeva orada ölüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR